16 sentyabr 2025 23:34
203

Çempionlar Liqası: "Qarabağ" "Benfika" ilə matçda hesab arasındakı fərqi azaldıb YENİLƏNİB

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda üçüncü qol vurulub.

"Eştadiu da Luş" stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesab arasındakı fərqi azaldıb - 2:1.

30-cu dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda ikinci qol vurulub.

16-cı dəqiqədə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda hesab açılıb.

“İki sahil” xəbər verir ki,  "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri hesabda irəli çıxıblar.

6-cı dəqiqədə Entso Barrenеçеа dəqiq zərbə müəllifi olub.

***

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda qarşılaşacaq "Benfika" (Portuqaliya) və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.

“İki sahil” xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

“Benfika”: Anatoli Trubin, Dediç, Antonio Silva,Otamendi, Samuel Dahl, Entso Barreneçea, Vangelis Pavlidis, Riçard Rios, Fredrik Aursnes, Şelderup, Sudakov

Baş məşqçi: Brunu Laje

“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90, Duran, 17

Baş məşqçi: Qurban Qurbanov.